Mişustin və Paşinyan Rusiya-Ermənistan ticari-iqtisadi əməkdaşlığını müzakirə ediblər

A- A A+

Rusiyanın Baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla ikitərəfli ticari-iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə edib.

 NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə hökumətinin mətbuat xidməti yayıb.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub", - məlumatda bildirilib.

Baş nazirlər ticari-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: