Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı Prezident Volodimir Zelenski ilə görüşü zamanı bu payız prezident seçkiləri keçiriləcəyi təqdirdə, namizədliyini irəli sürəcəyini bildirib.
NUHÇIXAN-ın məlumata görə, Zelenski Zalujnıdan prezident seçkilərində iştirak etmək niyyətində olub-olmadığını soruşub, Zalujnı isə bu suala "Bəli" cavabını verib.
Mənbələrin iddiasına görə, o, əvvəllər prezident olmaq niyyətində olmadığını, lakin bir çox ukraynalının ümidlərini ona bağladığını düşündüyünü qeyd edib.
Nəşr yazır ki, Kiyevdə olduğu müddətdə Zalujnı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ali Radanın "Xalqın Xidmətçisi" fraksiyasının sədri David Araxamiya ilə də görüşüb.
Mənbələrin sözlərinə görə, onlar Zalujnını ölkədaxili sabitlik üçün yarana biləcək riskləri əsas gətirərək prezident seçkilərində iştirakdan imtina etməyə razı salmağa çalışıblar, lakin onun mövqeyi dəyişməyib.
