Hazırda Avropa üçün əsas problem qitədəki müharibələr və qeyri-sabitlik riskləridir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, NATO sammitində mövcud və potensial təhlükələr, eləcə də alyansın bu məsələlərə yanaşması müzakirə olunacaq, əvvəlki sammitlərdə qəbul edilən qərarların icra vəziyyəti gündəmə gətiriləcək. Nazir əlavə edib ki, tədbirdə, həmçinin alyans daxilində məsuliyyət bölgüsü və birgə fəaliyyətin effektivliyi də qiymətləndiriləcək.
Hakan Fidan sammitin Ankarada keçirilməsinin Türkiyənin NATO-dakı strateji rolunu bir daha təsdiqlədiyini vurğulayıb.
