Livan İsraillə əldə olunmuş “çərçivə sazişi”nin həyata keçirilməsində ABŞ-nin dəstəyinə arxalanır

A- A A+

Livan İsraillə əldə olunmuş “çərçivə sazişi”nin, xüsusilə də ərazisindən razılaşdırılmış geriçəkilmələrin həyata keçirilməsini təmin etmək üçün ABŞ-nin köməyinə arxalanır.

NUHÇIXAN “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, mənbələrin bildirdiyinə görə, İsrail tərəfinin prosesi təxirə salmağı, işğal etdiyi yerlərdə müvəqqəti keçid qapıları təşkil etmək kimi razılaşmaya zidd addımlar atmağı planlaşdırması barədə gələn xəbərlər Livan tərəfini narahat edir.

Mənbələrin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Livana son səfəri zamanı ölkə rəsmiləri ilə İsrailin geri çəkiləcəyi “pilot ərazilər”də tətbiq olunacaq mexanizmləri müzakirə edib. Bildirilib ki, onun yüksək vəzifəli köməkçilərindən biri prosesin icrasını yerində izləmək üçün Livanda qalıb.

Qeyd olunub ki, Livan tərəfi ABŞ-la əldə edilmiş razılaşmalardan kənar hər hansı dəyişiklik və ya İsrailin geriçəkilməni təxirə salması ilə bağlı rəsmi məlumat almayıb.

Livan rəsmilərinin narahatlığına səbəb olan amillərdən biri də İsrail ordusunun ölkənin cənubunda nəzarətdə saxladığı ərazilərdə keçid qapıları quraşdırması və təhlükəsizlik zolağını Livanın daxili hissəsindən ayırması olub. Bu, 2000-ci ildən bəri ilk belə praktiki addım kimi qiymətləndirilir.

Bundan əlavə, İsrailin müdafiə naziri İsrael Katsın ordunun Livanın cənubundan geri çəkilməyəcəyini bəyan etməsi Livanın narahatlıqlarını daha da artırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: