Tonqa adalarında 5,7 bal gücündə zəlzələ baş verib

A- A A+

Sakit okeanda yerləşən Tonqa adalarında 5,7 bal gücündə zəlzələ baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Hihifodan 155 kilometr qərbdə baş verib. Zəlzələnin ocağı 259 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, zəlzələ nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.

Tonqa arxipelaqına 176 kiçik ada daxildir. Onlardan yalnız 52-sində yaşayış var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: