Almaniyada xəstəxanada yanğın: 2 nəfər ölüb, 34-ü xəsarət alıb

A- A A+

Almaniyanın Meklenburq-Ön Pomeraniya əyalətinin Lüdviqslust şəhərində xəstəxanada yanğın baş verib.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, yanğın nəticəsində azı 2 nəfər həyatını itirib, 34-ü xəsarət alıb.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə tədbirləri davam etdirilir. Yanğının səbəbi araşdırılır.

İlkin ehtimala görə, yanğın palatalardan birində başlayıb və daha sonra dam örtüyünə yayılıb. Hazırda alov tam nəzarət altına alınıb.

Xəstəxananın kollektivinin və bütün pasiyentlərin klinikanın ərazisində təhlükəsiz yerə köçürüldüyü və onlara zəruri tibbi yardım göstərildiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: