ABŞ İraqa dollar göndərişlərini bərpa edib

A- A A+

ABŞ bir neçə ay davam edən fasilədən sonra İraqa hava yolu ilə dollar göndərişlərinin bir hissəsini bərpa edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The New York Times” qəzeti İraqın Baş nazirinin ofisinə istinadla məlumat yayıb.

İraqın Baş nazirinin sözçüsü Heydər əl-Əbudi bildirib ki, ölkəyə dollar göndərişləri yenidən başlayıb.

Baş nazirin maliyyə müşaviri Məzhər Məhəmməd Saleh də dollar köçürmələrinin bərpa olunduğunu təsdiqləyib.

Qəzet xatırladır ki, cari ilin aprel ayında rəsmi Vaşinqton İraqa göndərilməsi nəzərdə tutulan təxminən 500 milyon ABŞ dolları məbləğində nağd vəsaitin çatdırılmasını dayandırmış, həmçinin Bağdadla təhlükəsizlik sahəsində əməkdaşlığın bəzi istiqamətlərini müvəqqəti olaraq məhdudlaşdırmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: