Cənubi Afrikada avtobus qəzasında 16 nəfər ölüb, 20 nəfər yaralanıb

A- A A+

Cənubi Afrikanın Qərbi Keyp əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.

NUHÇIXAN Cənubi Afrika mediasına (İOL) istinadla xəbər verir ki, 73 sərnişini daşıyan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar magistral yolda hərəkət məhdudlaşdırılıb.

Qəzanın səbəbləri Cənubi Afrika Polis Xidməti və aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: