Cümə axşamına keçən gecə Rusiya tərəfindən Kiyevə endirilən kütləvi hava zərbəsi nəticəsində həlak olanların sayı 17 nəfərə yüksəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib.
"Kiyevdə həlak olanların sayı 17 nəfərə yüksəlib. Rusiya zərbəsinin endirdiyi ərazidə qəza-xilasetmə işləri davam edir", – qurumun teleqram kanalında yayımlanan məlumatda deyilir.
Əvvəllər Kiyevdə 13 nəfərin həlak olduğu və 86 nəfərin xəsarət aldığı, onlardan 70-nin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Həmçinin Kiyevdə iyulun 3-ü matəm günü elan edilib.
