Kamçatkadakı Şiveluç vulkanı 9 kilometr hündürlüyə kül püskürüb

A- A A+

Kamçatkadakı Şiveluç vulkanı dəniz səviyyəsindən 9 kilometr hündürlüyə qədər kül püskürüb.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsindən bildirilib.

"Şiveluç vulkanından kül püskürüb", - məlumatda qeyd edilib.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından bildirilib ki, Şiveluç vulkanının hündürlüyü 3 283 metr olduğu halda, vulkandan 9 kilometrə hündürlüyə qədər kül püskürməsi qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: