ABŞ İranla danışıqlarda demək olar ki, bütün məqsədlərinə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib.
O bildirib ki, İran danışıqlar zamanı Amerikaya lazım olan hər şeyə razılıq verib.
Ağ Ev rəhbəri İrana qarşı illərlə hərbi kampaniya aparmaq istəyinin olmadığını əlavə edib: "Biz 19 ildir Vyetnamda, təxminən 10 ildir Əfqanıstandayıq. Koreyada əbədi müharibə apardıq. Birinci və İkinci Dünya müharibələrindən ümumiyyətlə bəhs etmək istəmirəm. Biz bu müharibələrin hər birində uzun illər yer aldıq. Mən cəmi dörd aydır buradayam. Bəs mən nəyə nail oldum? Mən onları hərbi cəhətdən məğlub etdim".
Qeyd edək ki, ABŞ-İsrail və İran arasında müharibə fevralın 28-də başlayıb. İyun ayında Vaşinqtonla Tehran arasında Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıb.
