Medvedev: Finlandiya artıq Rusiyanın nüvə silahlarının hədəfləri siyahısındadır

A- A A+

Finlandiya Rusiyanın potensial nüvə zərbələrinin hədəfləri siyahısına əlavə edilib.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev özünün sosial şəbəkə hesabında yazıb.

“Finlandiya nüvə silahlarının idxalına qoyulan qadağanı ləğv etdi. Bu, finlər üçün nəyi dəyişir? Sadəcə kiçik bir şeyi: onların ölkələri artıq Rusiyanın nüvə silahlarının hədəfləri siyahısındadır. Sevin, Finlandiya, təhlükəsizliyin zirvəsinə çatmısan!", - deyə Medvedev bildirib.

Qeyd edək ki, Finlandiya parlamenti iyunun 17-də hökumət tərəfindən ölkəyə nüvə silahlarının idxalına icazə verən qanun layihəsini təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: