İndoneziyada 6,2 maqnitudalı zəlzələ baş verib

A- A A+

İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

 NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib.

Qeyd olunub ki, zəlzələnin episentri təxminən 101 min nəfərin yaşadığı Ternate şəhərindən 115 km şimalda yerləşib. Zəlzələnin ocağı 121 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: