Fransada anomal istilər nəticəsində ölənlərin sayı 2 mini ötüb

A- A A+

Fransada anomal istilər səbəbindən bir həftə ərzində 2 mindən çox ölüm halı qeydə alınıb.

NUHÇIXAN "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist bildirib.

"İyunun 22-dən 28-dək olan həftə ərzində ölüm hallarının sayı əvvəlki həftə ilə müqayisədə təxminən 2 025 təşkil edir", - o bildirib.

Onun sözlərinə görə, bu məlumatlar ölüm haqqında elektron şəhadətnamələrə əsaslanır və ümumi ölüm hallarının təxminən 60 %-ni təşkil edir.

Daha əvvəl Fransa meteorologiya xidməti ölkənin 96 departamentindən 72-də hava təhlükəsinin ən yüksək səviyyəsini elan etmişdi. Bu, yeni rekord olub. Temperatur 40 dərəcəyə yaxınlaşıb, bəzi yerlərdə isə daha yüksək olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: