“NBC”: ABŞ polisi Donald Trampın impiçmentini tələb edən hərbçini saxlayıb

A- A A+

Kapitoli polisi ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Ceyson Uotsonu saxlayıb.

NUHÇIXAN xəbər verir ki, saxlanılan şəxs Prezident Donald Trampın impiçmentinə çağırıb, həmçinin dövlət başçısını və Vitse-prezidenti İran və Venesuelada keçirilən əməliyyatlara və miqrasiya siyasətinə görə tənqid edib.

“NBC News” telekanalının məlumatına görə, hadisə “Removal Coalition” adlı fəallar qrupun təşkil etdiyi tədbirdə baş verib. Ceyson Uotson çıxışında Konqresi Tramp administrasiyasına qarşı impiçment prosesinə başlamağa çağırıb.

Polis Kapitoli ərazisində bu cür aksiyaların qanunsuz sayıldığını və tədbirin dayandırılmalı olduğunu bildirib. Açıqlamaya görə, verilən əmrlərə tabe olmayan Uotson asayişi pozma ittihamı ilə saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: