Litva Seymi (parlament) nüvə silahının ölkə ərazisində yerləşdirilməsinə qoyulan qadağanı ləğv edən qanun layihəsini qeydiyyata alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə qanunverici orqanın katibliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qanun layihəsi 50 deputatın dəstəyini qazanıb, bu da onun qeydiyyatı üçün kifayətdir.
Layihə ölkə konstitusiyasının Litva ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən 137-ci maddəsinin çıxarılmasını nəzərdə tutur.
Bir müddət öncə Litva Prezidenti Gitanas Nauseda Baş nazir, müdafiə naziri, Seym sədri və parlament fraksiyalarının rəhbərləri ilə görüş keçirib. İştirakçılar sözügedən konstitusiya qadağasının ləğvi planını dəstəkləyiblər.
