Rusiyanın Leninqrad vilayətindəki Vısotsk limanının ərazisinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqları düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə özünün teleqram kanalında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.
"Leninqrad vilayəti üzərində düşmənin 67 PUA-sı vurulub. Qalıqlar Vısotsk limanı ərazisinə düşüb. Məlumat dəqiqləşdirilir. Hücum dəf edilir", - o yazıb.
Bir sıra teleqram kanallarının məlumatına görə, Ukrayna Sankt-Peterburqda neft terminalına və liman infrastrukturu obyektlərinə PUA-larla hücum edib. Bu məlumat hələ ki rəsmi şəkildə təsdiqlənməyib.
