Bu gün Türkiyənin Qara dəniz bölgəsində güclü yağışın davam edəcəyi gözlənilir. Bununla əlaqədar olaraq ölkənin 5 regionunda sarı xəbərdarlıq elan edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlıq elan olunan Ordu, Giresun, Trabzon, Rize və Artvində vətəndaşlara ehtiyat tədbirləri görmək tövsiyə edilib.
