İndoneziya prezidenti paytaxtı Yava adasından köçürmək qərarına gəlib

A- A A+

İndoneziya prezidenti Coko Vidodo ölkənin paytaxtını Cakartadan digər şəhərə köçürmək barədə planını açıqlayıb.

NUHÇIXAN Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısı hökumətin iclasında deyib. “Cakarta eyni vaxtda həm maliyyə, həm də siyasi mərkəz kimi iki mühüm vəzifənin öhdəsindən gələ bilməz”, - deyə İndoneziya prezidenti bildirib.

“Kompas” portalının məlumatına görə, hökumət artıq paytaxtın köçürülə biləcəyi üç yaşayış məntəqəsini seçib. Bunlar Mərkəzi Kalimantan əyalətinin Palankaraya şəhəri, Cənubi Kalimantan əyalətinin Tanah Bumbu dairəsi və Şərqi Kalimantan əyalətinin Penacam rayonudur.

İndoneziyanın milli inkişafı planlaşdırma naziri Bambang Brodjonegoronun sözlərinə görə, paytaxtın köçürülməsi 10 ilə qədər vaxt apara bilər.

Hazırkı paytaxt Cakarta şəhər infrastrukturunun zəif inkişaf etməsi səbəbindən ciddi problemlərlə üzləşib. “Uber” kompaniyasının tədqiqatına əsasən, İndoneziya paytaxtında sürücülər ilin 22 gününü tıxaclarda keçirir ki, bu da Asiyada ən yüksək göstəricidir. Həmçinin “Inrix” kompaniyasının məruzəsində Cakartanın dünyanin ən yüklənmiş meqapolisləri reytinqində 12-ci yeri tutduğu qeyd edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: