Qətər gəmiçiliyin tam bərpa olunduğunu açıqlayıb

A- A A+

Qətərin Nəqliyyat Nazirliyi gəmiçiliyin tam həcmdə bərpa olunduğunu açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"Dəniz naviqasiyası sahəsində fəaliyyət bugündən etibarən bütün növ dəniz vasitələri və gəmiləri üçün adi qaydada bərpa oluna bilər", - paylaşımda qeyd edilib.

Qətərin Nəqliyyat Nazirliyi həmçinin bütün səfərlərin ən yüksək səviyyədə təhlükəsizliyini və mühafizəsini təmin etmək üçün hər kəsi qüvvədə olan dənizçilik qaydalarına və təlimatlarına riayət etməyə çağırıb.

Xatırladaq ki, iyunun 29-da Qətərdə sonrakı bildirişə qədər yelkənli və balıqçı gəmiləri üçün gəmiçiliyə məhdudiyyətlər tətbiq edilmişdi. Bu qərarın səbəbləri açıqlanmamışdı, lakin qərar ölkə vətəndaşlarından birinin regiondakı hərbi əməliyyatlar nəticəsində yaralandıqdan sonra gəmidə həlak olmasından bir gün sonra qəbul edilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: