Çinin cənubunda daşqınlara qarşı mübarizə ən yüksək səviyyəyə qaldırılıb - FOTOLAR

A- A A+

Çinin Quansi Cuan Muxtar Bölgəsinin Hencou bələdiyyəsindəki su anbarında yarılma baş verəndən sonra ərazi üzrə daşqınlarla mübarizə ən yüksək səviyyəyə qaldırılıb.

NUHÇIXAN xəbər verir ki, son günlər yağan aramsız yağışlar səbəbindən orta ölçülü Liulan su anbarında iyulun 6-da səhər saatlarında bənd yarılıb. Bundan başqa, Yunbiao su anbarında da daşqın riski yüksəlib. Fövqəladə halların idarəedilməsi, yanğından mühafizə və su ehtiyatları bölmələri xilasetmə və yardım əməliyyatları üçün səfərbər olunub və zərər görən sakinlərin təxliyəsi davam edir.

Hencou bələdiyyəsinin tabe olduğu Nannin şəhərinin əksər hissələrində iyulun 4-dən güclü yağışlar yağır. Bu da öz növbəsində daşqın və sel kimi təbii fəlakətlərə səbəb olub.

Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi daşqınlarla mübarizə və fəlakətlərin aradan qaldırılması işlərinə kömək etmək və rəhbərlik etmək üçün Quans Cuan Muxtar Rayonuna və ölkənin şimal-şərqindəki Liaonin əyalətinə daha iki İşçi qrupu göndərib.

“Maysak” tayfunundan təsirlənən Çinin cənubunda və Yantzı çayının orta və aşağı axınlarında güclü yağışların davam edəcəyi proqnozlaşdırılır ki, bu da çay daşqınları, dağ selləri, geoloji fəlakətlər və şəhər su basma risklərini artırır.

Çinin şimalında da yağışların intensivləşəcəyi, Daxili Monqolustan Muxtar Rayonunun bəzi yerlərində, Çinin şimal-şərqində leysan yağışlarının olacağı proqnozlaşdırılır. Liaonin əyalətində 3850 sakin təxliyə edilib. Daxili Monqolustanda 2, Liaonin əyalətində isə 3 nəfər təbii fəlakətin qurbanı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: