Banqladeşin cənub-şərqində yerləşən Koks Bazar rayonunda güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində 9 nəfər həlak olub.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, leysan nəticəsində qaçqın düşərgələrində çoxsaylı yaşayış məntəqələrinə ziyan dəyib. Son 24 saat ərzində rayonda 250 millimetrdən çox yağıntı qeydə alınıb və güclü yağışların daha iki gün davam edəcəyi proqnozlaşdırılır.
Hakimiyyət orqanları riskli ərazilərdə yaşayan sakinlərin təxliyəsini davam etdirir.
