ABŞ Prezidenti: Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq

A- A A+

Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirmək istəyir.

NUHÇIXAN xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp bildirib.

O, Ukrayna rəhbərliyinin də eyni istəkdə olduğunu deyib.

“Biz danışıqlar aparırıq və müharibəni sona çatdıra bilib-bilməyəcəyimizi görəcəyik. Fikrimcə, məsələnin həllinə insanların düşündüyündən daha yaxınıq. Prezident Putin müharibənin bitməsini istəyir, bunu çox qəti deyirəm. Prezident Zelenski də artıq müharibənin sona çatmasını istəyir. Düşünürəm ki, biz Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq”,- deyə Donald Tramp əlavə edib.

ABŞ Prezidenti NATO çərçivəsində də bu məsələni müzakirə edəcəklərini deyərək, müharibənin dəhşətli vəziyyət yaratdığını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: