Fransada meşə yanğınları səbəbindən 12 min nəfər təxliyə edilib

A- A A+

Fransanın cənubundakı Pireney-Oriental departamentində baş verən meşə yanğınları ilə əlaqədar 12 min nəfər təxliyə edilib.

NUHÇIXAN BFM TV telekanalına istinadla xəbər verir ki, Trevillaş kommunasında baş verən yanğının söndürülməsinə 800-ə yaxın yanğınsöndürən cəlb olunub. Məlumata görə, yanğın nəticəsində 4 min 900 hektara yaxın ərazi külə dönüb.

Səlahiyyətlilər bildiriblər ki, əlverişsiz hava şəraiti səbəbindən yanğının tam söndürülməsi hələ mümkün olmayıb.

Qeyd edək ki, Fransanın bir sıra bölgələrində yüksək temperatur və meşə yanğınları riski ilə bağlı xəbərdarlıqlar qüvvədədir. Havanın həftə sonunadək isti keçəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: