Belçika hökuməti HƏMAS-ın Qəzza zolağında idarəetmə strukturunu ləğv etdiyini açıqlamasından sonra Fələstin dövlətinin rəsmi tanınması istiqamətində hazırlıq mərhələsinə başlayır.
NUHÇIXAN xəbərinə görə, Belçikanın xarici işlər naziri Maksim Prevo Xarici İşlər Nazirliyinə tanınma prosedurunun hazırlanması barədə göstəriş verib.
Bildirilir ki, HƏMAS-ın idarəetmədən çəkilməsi Brüsselin əvvəllər irəli sürdüyü əsas şərtlərdən birinin yerinə yetirilməsi kimi qiymətləndirilir. Hərəkat Qəzzaya rəhbərlik edən fövqəladə hökumət komitəsinin buraxıldığını və səlahiyyətlərin texnokratlardan ibarət yeni quruma ötürüləcəyini bəyan edib. Belçika hökuməti hesab edir ki, bu addım iki dövlətli həll perspektivinə dəstəyin gücləndirilməsi üçün yeni imkan yaradır. Bununla yanaşı, yekun qərar diplomatik və hüquqi prosedurlar tamamlandıqdan sonra veriləcək.
