Qazaxıstan Rusiyanın benzin tədarükü ilə bağlı müraciət etməsi xəbərlərini təkzib edib

A- A A+

Qazaxıstan Respublikasının Energetika Nazirliyi Rusiya Federasiyasından benzin tədarükü ilə bağlı rəsmi müraciət almayıb.

NUHÇIXAN “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə energetika nazirinin müavini Kayırxan Tutkışbayev hökumətin brifinqində bildirib.

Nazir müavini vurğulayıb: “Energetika Nazirliyi Rusiya Federasiyasından heç bir rəsmi müraciət almayıb. Əgər belə bir sorğu nazirliyə ünvanlanarsa, biz maraqlarımızı nəzərə alaraq qarşılıqlı faydalı şərtlərlə baxacağıq”.

Daha əvvəl bir neçə media orqanı Rusiyanın daxili bazarında yanacaq çatışmazlığı səbəbindən Moskvanın Astana ilə təxminən 50 min ton benzin idxal etməklə bağlı danışıqlar apardığını bildirmişdi.

Bu arada, nazir müavini bildirib ki, Qırğızıstan benzin tədarükü üçün Qazaxıstana müraciət edib. Onun sözlərinə görə, hazırda bu müraciət nəzərdən keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: