“F-35” təyyarələrini Türkiyəyə satmağı mütləq nəzərdən keçirəcəyik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı jurnalistlərin sualına cavabında deyib.
“Bu, verəcəyimiz bir qərardır. Çox yaxşı münasibətlərimiz var. Türkiyə bir çox cəhətdən sadiq olacağını düşündüyümüz digər ölkələrdən hər zaman daha sadiq olub. Ona görə də, bu, mütləq nəzərdən keçirəcəyimiz bir şeydir. Bu indiyə qədər olmuş ən yaxşı plandır”, - deyə Tramp əlavə edib.
