Avropadakı qaz anbarlarının doluluq nisbəti ötənilki göstəricidən 8,3 faiz azdır

A- A A+

Hazırda Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq nisbəti ötən ilin eyni dövründəki göstəricidən 8,3 faiz aşağıdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” məlumat yayıb.

Bildirilir ki, qitədəki yeraltı anbarların dolluluq nisbəti hazırda 43,1 faizdir. Heçən ilin eyni dövründə həmin göstərici 51,4 faiz idi.

Bundan başqa, Avropada təbii qaz qiymətləri elektrik enerjisinə tələbatın artacağı gözləntiləri fonunda təxminən 5 faiz artıb.

Mütəxəssislərə görə, bu artıma səbəb qarşıdakı həftələrdə Şimal-Qərbi Avropa və İtaliyaya təsir göstərməsi gözlənilən isti hava dalğasının elektrik enerjisinə və təbii qaza tələbatı artıracağı gözləntilərinin artmasıdır. Keçən illə müqayisədə anbarların doluluq nisbətinin aşağı olması da qiymətlərə yuxarı istiqamətli təzyiq göstərir.

Təchizat tərəfində isə Avropanın ən böyük boru kəməri qaz təchizatçısı olan Norveçdəki “Nyhamna” emalı zavodunda və “Troll” qaz yatağında planlaşdırılan təmir işləri səbəbindən qaz axınının azalmasının gözləniləndən daha uzun müddət davam etməsinin təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqları artıraraq qiymətləri yuxarı istiqamətli dəstəkləməsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: