Çinin cənub-qərbindəki Siçuan əyalətində 5 bal gücündə zəlzələ olub.
NUHÇIXAN Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Pekin vaxtı ilə saat 10:08-də (Bakı vaxtı ilə 6:08) İbin şəhərinin Qaosian rayonunda qeydə alınıb.
Zəlzələnin episentri yer səthindən 6 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilmir.
