Göyərtəsində beş heyət üzvü olan Pakistanın "K2 Airways" şirkətinə məxsus təyyarə Kəraçi sahillərində radarlardan itib.
Bu barədə NUHÇIXAN Pakistan mediasına istinadən xəbər verir.
"Boeing 737" təyyarəsi Şarjadan (BƏƏ) Kəraçiyə istiqamətlənib.
Pakistan Aeroportlar İdarəsinin məlumatına görə, radarlar təyyarənin "sürətlə enişini və kursunu kəskin dəyişdiyini" qeydə alıb. Bir neçə dəqiqə əvvəl pilot naviqasiya sistemində problemlərin olduğunu bildirib.
Təyyarə bazası Kəraçidə yerləşən "K2 Airways" özəl yük aviaşirkətinə məxsus olub.
Təyyarənin ehtimal olunan qəza yerinə Pakistan Hərbi Dəniz Qüvvələrinin "PNS Zulfiqar" gəmisi və "Saab 2000 Erieye" təyyarəsi göndərilib.
