Donald Tramp: İranla atəşkəs razılaşması bitib

A- A A+

Zənnimcə, İranla atəşkəslə bağlı razılaşma bitdi. Onlarla iş görmək istəmirəm.

NUHÇIXAN xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə mətbuata açıqlamasında səsləndirib.

ABŞ Prezidenti İran məsələsində NATO müttəfiqlərinin köməyinə ehtiyaclarının olmadığını deyib: “NATO-dan məmnun deyiləm. Onlar bizə kömək etmədilər, amma bizim onların köməyinə ehtiyacımız da yox idi. Sadəcə kömək edib-etməyəcəklərini yoxlayırdım”.

İran böhranı barədə Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə müzakirə apardığını deyən Ağ Ev rəhbəri İspaniya ilə bağlı narazılığını ifadə edib: “Onlar pis tərəfdaşlardır. Biz onlarla hər şeyi, o cümlədən ticarəti dayandırdıq. İspaniya NATO tərkibində də heç bir işdə iştirak etmir. Biz onları daim qorumağa davam edə bilmərik. Mən hətta onlarla danışmıram da. Artıq İspaniya ilə işimiz yoxdur."

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: