Eboladan ölənlərin sayı 580-ə, yoluxanların sayı isə 1 708-ə çatıb

A- A A+

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 580-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, Konqonun Rabitə və Media Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

"Konqonun İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində Eboladan ölənlərin sayı 580-ə çatıb. Xəstəliyə yoluxma hallarının sayı 1 708-ə qədər yüksəlib. Hazırda 280 nəfər sağalıb, 680 nəfər müalicə alır", - məlumatda bildirilib.

Qeyd olunub ki, Ebolaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: