Ankarada NATO sammitinin plenar iclası başlayıb

A- A A+

İyulun 8-də Ankaradakı Beştəpə Prezident Kompleksində NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammitində iştirak edən 32 ölkənin liderlərinin xatirə şəkli çəkdirmə mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rutte sammit iştirakçıları ilə əl sıxışıblar.

Sonra Alyansın dövlət və hökumət başçılarının iştirakı ilə plenar iclas başlayıb.

İştirakçılar digər məsələlərlə yanaşı, Ukraynaya silah təchizatının və maliyyələşdirmənin artırılmasını, üzv ölkələrin hərbi imkanlarının gücləndirilməsini müzakirə edəcəklər.

Əsas qərarlar yekun Bəyannamə layihəsində yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: