Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) yaxın gələcəkdə Rusiya klublarına və milli komandalarına onların himayəsi altında keçirilən turnirlərdə iştirak etməyə icazə verməyi planlaşdırmır.
NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
TASS əvvəllər Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin Rusiya Olimpiya Komitəsinin təşkilatdakı üzvlüyünü bərpa etdiyini və rusiyalı idmançılara qarşı bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə etdiyini bildirmişdi. Jurnalist Rob Harris sosial media səhifəsində FIFA-nın BOK-un tövsiyələrini nəzərdən keçirəcəyini bildirib.
TASS xəbər verir ki, Ukraynadakı vəziyyətə görə Rusiya klubları və milli komandaları 2022-ci ildən etibarən FIFA və UEFA turnirlərindən kənarlaşdırılıb.
