Britaniyada şirkət müştərilərin müqavilələri ləğv etməsinə mane olduğuna görə 28 milyon funt cərimələnib

A- A A+

Böyük Britaniyanın rabitə tənzimləyicisi “Ofcom” telekommunikasiya şirkəti “Virgin Media”nı müştərilərin müqavilələri ləğv etməsinə dəfələrlə mane olduğuna görə 28 milyon funt sterlinq məbləğində cərimələyib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, araşdırma zamanı şirkət əməkdaşlarının müştərilərin zənglərini qəsdən sonlandırması, onları səbəbsiz yerə gözlətməsi və müqaviləni ləğv etmək istəyən şəxslərə təzyiq göstərməsi kimi hallar aşkar edilib.

Tənzimləyici qurum bildirib ki, üç il ərzində milyonlarla zəngin düzgün idarə edilməməsi ehtimal olunur. Bu isə müştərilərin daha sərfəli internet, stasionar telefon və ya ödənişli televiziya paketlərinə keçməsini gecikdirib və ya əngəlləyib. Cərimə “Virgin Media”nın nöqsanlarını qəbul etməsi və işi razılaşma yolu ilə həll etməsi səbəbindən 30 faiz azaldılıb. Şirkət keçmişdə yeni razılaşma əldə etmək və ya xidməti ləğv etmək istəyən zaman problem yaşayan müştərilərdən üzr istəyib.

“Ofcom”un araşdırmasına əsasən, şirkətin komissiya sistemi çağrı mərkəzi əməkdaşlarını bu cür davranışlara faktiki olaraq təşviq edib və onları maliyyə baxımından mükafatlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: