Beynəlxalq Dənizçilik Təşkilatı: Körfəzdəki gəmilərdə 6 minə yaxın dənizçi çıxılmaz vəziyyətdə qalıb

A- A A+

BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) rəhbəri çərşənbə günü bildirib ki, Hörmüz boğazında hücumların davam etməsi fonunda təxminən 6 min dənizçi Körfəzdən təhlükəsiz şəkildə çıxa bilməyən gəmilərdə qalıb.

NUHÇIXAN BMT-nin məlumatına istinadla xəbər verir ki, IMO-nun Baş katibi Arsenio Dominquez son iki gündə boğazda bir neçə ticarət gəmisinə edilən hücumları pisləyib. O, günahsız dənizçilərin yenidən ciddi təhlükə altında qaldığı barədə xəbərdarlıq edib.

Baş katib Yaxın Şərqdə münaqişənin başlamasından bəri göyərtələrində təxminən 6 min dənizçinin olduğu yüzlərlə gəminin Körfəzdə qaldığını bildirib. O əlavə edib: “Heç bir dənizçi sadəcə işini gördüyü üçün həyatını təhlükəyə atmamalıdır”.

Dominquez bayraqdar dövlətləri, gəmi sahiblərini, operatorları və müvafiq orqanları heyətlərin təhlükəsizliyinin olmadığı müddətcə dənizçiləri boğazdan keçərək lazımsız təhlükəyə məruz qoymaqdan çəkinməyə çağırıb.

IMO rəhbəri son hücumların gəmidə qalan heyətlər arasında qorxu, qeyri-müəyyənlik və psixoloji gərginliyi artırdığını bildirib və bütün aidiyyəti dövlətləri maksimum təmkin göstərməyə, gərginliyi gecikmədən azaltmağa, Körfəzdə hələ də qalan gəmilərin təhlükəsiz şəkildə yola düşməsini asanlaşdırmağa çağırıb.

BMT-nin təşkilatı keçən ay bildirib ki, münaqişənin başladığı gündən bəri Hörmüz boğazında və ətrafında gəmilərə qarşı 46 hücum qeydə alınıb, 14 dənizçinin ölümü təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: