Qazaxıstan 2026-cı il üzrə Qlobal Pasport İndeksində Mərkəzi Asiya ölkələri arasında birinci yeri tutub.
NUHÇIXAN “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan ümumi reytinqdə 109-cu yerdə qərarlaşaraq Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanı geridə qoyub.
İndeksə əsasən, Qazaxıstan vətəndaşları 48 ölkəyə vizasız səyahət edə bilirlər. Bir sıra ölkələrdə isə onlar üçün sadələşdirilmiş giriş və ya sərhəddə viza almaq imkanı mövcuddur.
Reytinq tərtib edilərkən pasportun təmin etdiyi səyahət imkanları ilə yanaşı, investisiya potensialı və həyat keyfiyyəti də nəzərə alınıb. Bu göstəricilər üzrə Qazaxıstanın ən yüksək nəticəsi investisiya potensialı sahəsində qeydə alınıb.
Qlobal reytinqə İsveç başçılıq edir.
