Marin Lö Pen seçki kampaniyasına başlayıb

A- A A+

Fransa Prezidentliyinə əsas namizədlərdən olan Marin Lö Pen iyulun 8-də 2027-ci il prezident seçkiləri kampaniyası çərçivəsində ilk səfərini Sart departamentinin La Flèche şəhərinə edib.

NUHÇIXAN xəbər verir ki, bir gün əvvəl apellyasiya məhkəməsinin qərarından sonra namizədliyini açıqlayan Milli Birlik (RN) lideri tərəfdarları ilə görüşüb, avtoqraflar verib və jurnalistlərin suallarını cavablandırıb.

Lö Pen bildirib ki, məhkəmə onun seçilmək hüququnu qoruyub və bundan sonra diqqətin siyasi məsələlərə yönəlməsini istəyir. Onun sözlərinə görə, fransızlar gündəlik problemlərinə cavab gözləyir və kampaniya proqramlar üzərində qurulmalıdır.

Marin Lö Pen daha sonra şəhər meriyasına gedib və RN-in milli bürosunun iclasında iştirak edib.

O, kampaniyasının ilk plakatını və şüarını təqdim edib: “Fransa naminə!”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: