Donald Tramp Ukraynaya "Patriot" raketdən müdafiə sistemlərini istehsal etmək imkanının veriləcəyini açıqlayıb
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu ölkəyə “Patriot” raketdən müdafiə sistemlərini istehsal etmək imkanı vermək planlarını müzakirə edəcəyini bildirib.
NUHÇIXAN xəbər verir ki, Donald Tramp bu barədə Türkiyənin paytaxtı Ankarada Volodimir Zelenski ilə görüş zamanı deyib.
“Biz sizə bunu istehsal etmək üçün lisenziya verəcəyik”, - deyə ABŞ Prezidenti vurğulayıb.
