Almaniyada iyunun son həftəsində anomal istilər səbəbindən ölənlərin ümumi sayı artıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli media Federal Statistika İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.
"İyunun 22-dən 28-dək olan müddətdə son üç ilin orta göstəricisi ilə müqayisədə 5 655 nəfər çox insan ölüb. Ümumilikdə, bu il iyunun son həftəsində qeydə alınan ölüm hallarının sayı 23 655 təşkil edib", - statistika idarəsinin məlumatında bildirilib.
Almaniyada, xüsusən də Saksoniya-Anhaltdakı Mökkern-Drevitsdə bu yaxınlarda temperatur 41,8 dərəcəyə çatıb.
