Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 8-də Ankarada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, mətbuata qapalı keçirilən danışıqlarda Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli kəşfiyyat təşkilatının rəhbəri İbrahim Kalın və Dəməşqdəki səfir Nuh Yılmaz iştirak ediblər.
Bundan əvvəl Suriya lideri Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.
