Ərazilərini və hərbi infrastrukturlarını İrana qarşı hücumlar üçün ABŞ-yə verən ölkələr ciddi fəsadlarla üzləşəcəklər.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib.
"Avropadakı ərazilərini, bazalarını və infrastrukturlarını ABŞ və İsrailin hücumları üçün təmin edən tərəflər öz iştiraklarına və sonrakı nəticələrə görə məsuliyyətdən yayına bilməzlər", - XİN-in teleqram kanalında yayılan açıqlamada deyilir.
NATO-nun baş katibi Mark Rüttenin açıqlamalarına münasibət bildirən Bəqai həmçinin bildirib ki, Avropa ölkələri İran ətrafında münaqişədə neytral qalmayıblar.
