Çində daşqınlar 39 nəfərin həyatına son qoyub

A- A A+

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 39 nəfər ölüb, 9 nəfər isə itkin düşüb.

NUHÇIXAN “China Daily” qəzetinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları daşqınların qarşısının alınması və fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən mətbuat konfransında məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında Nanninq şəhərində su anbarının zədələnməsi nəticəsində həlak olanlar da var.

Hazırda itkin düşənlərin axtarışları davam etdirilir, daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində xilasetmə işləri aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: