Almaniya ABŞ-dən “Tomahawk” raketləri alır

A- A A+

Almaniya ilə ABŞ arasında “Tomahawk” qanadlı raketlərinin alınmasına dair razılıq əldə olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Bundestaqdakı çıxışında məlumat verib.

Kansler Ankarada keçirilən NATO sammiti çərçivəsində “Tomahawk” raketlərinin alınaraq Almaniyada yerləşdirilməsi barədə ABŞ hökuməti ilə razılığın əldə olunduğunu bildirib.

“Bununla da ölkəmizin müdafiə qabiliyyətində mövcud olan mühüm strateji boşluğu aradan qaldırırıq. Eyni zamanda, Avropanın müdafiə potensialının gücləndirilməsi məqsədilə analoji yerli raket sistemlərinin hazırlanması və onların Avropa ərazisində yerləşdirilməsi istiqamətində də işləri davam etdirəcəyik”, - deyə Fridrix Mert qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: