Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

A- A A+

Türkiyə regionda sülhün və sabitliyin təmin edilməsinin, mövcud problemlərin konstruktiv dialoq və mehriban qonşuluq prinsipi ilə həllinin tərəfdarıdır.

NUHÇIXAN xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin “Türkiyə müharibə təhlükəsi yaradır” iddiasına cavab olaraq bu bəyanatı yayıb.

Ankara Afinanı dövlətlərarası münasibətlərdə gərginliyə səbəb olan ritorikadan çəkinməyə çağırıb. “Gərginliyi artıra biləcək bəyanatlardan çəkinmək ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Bütün tərəflərə xatırladırıq ki, Türkiyə Silahlı Qüvvələri ölkəmizə təhdid olmayanlara təhlükə yaratmır”, - deyə Müdafiə Nazirliyi vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: