Macarıstanın əmək bazarında iqtisadiyyatın yavaşlamasına və iş yerlərinin azalmasına baxmayaraq işçi çatışmazlığı davam edir.
NUHÇIXAN xəbər verir ki, ekspertlərin hesablamalarına görə, ölkədə sənaye, tikinti, logistika, mehmanxana biznesi və ictimai iaşə sahələrində 10 minə yaxın işçi çatışmır. Eyni zamanda, işəgötürənlər getdikcə daha çox ixtisaslı kadrın seçilməsində çətinliklərlə üzləşirlər. Qeyd olunur ki, kadr çatışmazlığı hətta yeni investisiyaların sayının azalması və şirkətlərin işə qəbul məsələlərində daha ehtiyatlı siyasəti fonunda da davam edir. Analitiklər hesab edirlər ki, səbəb demoqrafik tənəzzül, əhalinin qocalması və məhdud daxili əmək ehtiyatları olaraq qalır. Onların fikrincə, əmək məhsuldarlığını artırmadan, yeni mütəxəssislər cəlb etmədən və peşə hazırlığı sistemini təkmilləşdirmədən, yaxın gələcəkdə kadr çatışmazlığını tamamilə aradan qaldırmaq çətin olacaq.
