Frontex: Avropa İttifaqı sərhədlərindən qanunsuz keçmələrin sayı 37 faiz azalıb

A- A A+

Bu ilin ilk altı ayında Avropa İttifaqının (Aİ) xarici sərhədlərində qeyri-qanuni keçidlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalaraq 49 mindən bir qədər çox olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) məlumatında bildirilib. Qeyd olunub ki, azalma tərəfdaş ölkələrlə davamlı əməkdaşlıq və əsas mənşə ölkələrində həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Avropaya istiqamətlənən qayıqların sayının azalması ilə bağlıdır.

Hesabata görə, Şərqi və Mərkəzi Aralıq dənizi marşrutları qeyri-qanuni miqrasiyanın əsas istiqamətləri olaraq qalır və ümumi keçidlərin 60 faizindən çoxunu təşkil edir. Şərqi Aralıq dənizi marşrutunda 16,6 mindən çox keçid qeydə alınıb ki, bu da illik müqayisədə 20 faiz azdır. Mərkəzi Aralıq dənizi marşrutu üzrə isə təxminən 14 min 300 keçid qeydə alınıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox azdır.

Qərbi Afrika marşrutunda qeyri-qanuni keçidlərin sayı 67 faiz azalaraq təxminən 3700-ə enib. Qərbi Aralıq dənizi marşrutu isə artım qeydə alınan yeganə əsas istiqamət olub. Bu marşrut üzrə aşkarlanan keçidlərin sayı 17 faiz artaraq təxminən 7900-ə çatıb. Artım əsasən Əlcəzairdən gələn miqrantların sayının çoxalması ilə əlaqələndirilir.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən indiyədək Aralıq dənizində 1300-ə yaxın insan həyatını itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: