İsrail yaxın günlərdə bəzi əraziləri Livana qaytaracaq

A- A A+

İsrail yaxın günlərdə nəzarəti altında olan bəzi əraziləri Livana təhvil verməyə hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmiyə istinadla məlumat yayıb.

Məlumata görə, ilk “pilot zona” bir neçə gün ərzində Livanın nəzarətinə qaytarılacaq. ABŞ Mərkəzi Komandanlığı növbəti mərhələdə digər ərazilərin də təhvil verilməsi istiqamətində İsrail və Livanla işləyir.

ABŞ rəsmisi bildirib ki, Vaşinqton Livan hökumətinin həmin ərazilərdə suverenliyini bərpa etməsinə dəstək vermək məqsədilə beynəlxalq tərəfdaşlarla əlaqələri genişləndirməyi planlaşdırır.

Qeyd olunur ki, məsələnin müzakirəsi gələn həftə Romada tərəflərin nümayəndələri arasında keçiriləcək qapalı görüşdə davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: