Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan 54 şəxsin bu yaxınlarda ekstradisiyası barədə məlumat verib. Bildirilib ki, onlardan 29-u İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olub.
NUHÇIXAN xəbər verir ki, nazirlik ekstradisiya edilən Türkiyə vətəndaşlarından ikisinin Azərbaycandan gətirildiyini bildirib.
Ən çox cinayətkar – 38 şəxs Gürcüstan hakimiyyəti tərəfindən Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verilib. Qalanları isə Almaniya, Bolqarıstan, Avstriya, Ekvador, Fransa, Xorvatiya, Qazaxıstan, Misir, Yunanıstan və Şimali Makedoniyadan ekstradisiya edilib.
