Şavkat Mirziyoyev: Özbəkistan ICESCO ilə əlaqələri daha da genişləndirmək niyyətindədir

A- A A+

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Birinci Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim əl-Maliki qəbul edib.

NUHÇIXAN özbək mediasına istinadla xəbər verir ki, tərəflər Özbəkistanla İslam Əməkdaşlıq Təşkilatının bu nüfuzlu qurumu arasında çoxşaxəli tərəfdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə bu beynəlxalq strukturla praktik əməkdaşlığın ardıcıl inkişafı məmnunluqla qeyd edilib.

Özbəkistan Prezidenti deyib: “Beynəlxalq İslam Akademiyası ICESCO-nun şöbəsini idarə edir. Bu il təşkilat Daşkənddə ofis açıb. İslam Dünyası Mədəni İrs Komitəsinin fevral iclasından sonra ölkəmizdəki yeddi maddi və qeyri-maddi mədəni irs obyekti ICESCO-nun İrs Siyahısına daxil edilib”.

Görüşdə mədəni abidələrin və əlyazmaların bərpası, onların qorunması və rəqəmsallaşdırılması, Özbəkistanın zəngin tarixi irsinin beynəlxalq media platformaları vasitəsilə geniş təbliği və birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Prezident Mirziyoyev Özbəkistanın zəngin mədəni irsinin geniş təbliğindəki şəxsi töhfəsinə görə Səlim əl-Malikə yüksək dövlət mükafatı – “Dustlik” ordeni təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: